«XURMA BAĞI»

“Təsərrüfatımda bütün ağacları özüm əkmişəm, onlara heç vaxt kimyəvi gübrə vermirəm"




Ünvan

Goranboy rayonu, Nizami kəndi



Xüsusiyyətlər

  • Damcı ilə suvarma üsulu
  • Kimyəvi gübrəsiz yetişdirilən xurma bağı
  • Təbii üsullarla yetişdirilən iribuynuzlu mal-qara və toyuqlar


Təchiz etdiyi məhsullar

  • Xurma
  • Gilas
  • Camış südü
  • Camış qatığı
  • Camış pendiri
  • Qaymaq
  • Nehrə yağı

                                                                                                              

Ümumi məlumat

"XURMA BAĞI" təsərrüfatının başçısı Haqverdi kişi uzun illərdir ki, öz təsərrüfatında təbii üsullarla kənd təsərrüfatı məhsulları yetişdirir. Orqanik meyvələrin yetişdirilməsi üzrə bir sıra pilot layihələrdə iştirak edib. Ekoloji təmiz təsərrüfatçılıq ilə bağlı olaraq Gəncə Aqrobiznes Assosiasiyasının nümunəvi təsərrüfatçılarından hesab edilir.

Haqverdi dayı, bəli, biz onu məhz belə adlandırırıq, ilk görüşümüz zamanı bizi öz xurma və gilas bağında gəzdiririr və həvəslə öz təsərrüfatından danışıraraq qeyd edir: “Burada gördüyünüz bütün ağacları özüm əkmişəm, onlara heç vaxt kimyəvi gübrə, dərman və ya diggər kimyəvi maddələr vermirəm. Onların dibinə baxsanız damcı üsulu ilə suvarma sistemi görəcəksiniz, bütün bu sistemi də şəxsən öz əllərimlə özüm qurmuşam.” Qeyd etmək lazımdır ki, damcılı suvarma metodu müasir dövrümüzdə kənd təsərrüfatında ən uğurlu suvarma üsulu hesab edilir. Damcı ilə suvarma ekoloji, vəsait qoyuluşu, keyfiyyətli suvarma və suvarma suyuna qənaət baxımından xüsusilə effektlidir. Bu üsulla həm suya, həm də işçi qüvvəsinə qənaət olunur və torpağın humus qatı qorunur.

Obanatur ailəsizinin üzvü olan Haqverdi dayı xurma və gilas bağı ilə yanaşı təsərrüfatında camış və toyuq da yetişdirir və onları təbii yemlərlə bəsləyir.



Fermerin məhsulları