"ZƏFƏRAN"

"Abşeron torpağında ən təbii və yüksək keyfiyyətli zəfəran məhz bizdə yetişdirilir"




Ünvan

Bilgəh kəndi



Xüsusiyyətlər

  • Yalnız yağış suyu ilə suvarlanan təbii və qatqısız fransa növlü zəfəranın yetişdirilməsi

 



Təchiz etdiyi məhsullar

  • Zəfəran

Ümumi məlumat

"ZƏFƏRAN" təsərrüfatı Bakının Bilgəh kəndində yerləşir və hələ qədim zamanlardan möcüzəli bitki sayılan zəfəranı təchiz edir. Zəfəran insanı gümrah saxlayan, ona güc verən və bir çox xəstəlikləri müalicə edən bir bitkidir. Həzm prosesinin və ürək fəaliyyətinin yaxşılaşdırılması, iştahın artırılması, sinir sisteminin sakitləşdirilməsi, yaddaş və diqqətin yaxşılaşdırılması zəfəranın faydaları sırasındadır. "ZƏFƏRAN" təsərrüfatında fransa sortlu zəfəran yetişdirilir və onun yetişdirilməsi prosesində heç bir qatqıdan istifadə edilmir. Bitki yalnız yağış suyu ilə suvarılır. Yüksək keyfiyyəti və təbiliyi ilə seçilən zəfəranın məhz Bilgəhdə yetişdirilməsini mümkün edən digər vacib bir amil Bilgəh ərazisinin xüsusi qum növünə malik olmasıdır.



Fermerin məhsulları