«QAYMAQÇI»

“Hazırladığımız camış qaymağının dadına digər təsərrüfatlarda rast gəlmək mümkün deyil"




Ünvan

Göygöl rayonu, Quşqara kəndi



Xüsusiyyətlər

  • Camışların xüsusi təbii yemlərlə bəslənməsi
  • Təbii süd məhsulların və xüsusi ilə əla növ qaymağın hazırlanması



Təchiz etdiyi məhsullar

  • Camış südü
  • Camış qaymağı
  • Camış qatığı

 

                                                                                                                         

Ümumi məlumat

ObaNatur ailəsinin üzvü olan «Qaymaqçı» təsərrüfatı hazırladığı yüksək keyfiyyəti və əla dadı ilə seçilən qaymaq, qatıq və xama kimi məhsulları ilə Gəncəbasar zonasında məşhurdur. Təsərrüfat başçısı Köçəri kişi deyir: “Hazırladığımız camış qaymağının dadına digər təsərrüfatlarda rast gəlmək mümkün deyil. Qaymağımız həm hazırlanma qaydasına, həm də dadına görə digər yerlərdə hazırlanan qaymaqlardan tamamilə fərqlənir. Biz camışlarımıza keyfiyyətli yem veririk ki, südü, qatığı, qaymağı təbii və dadlı olsun”. «Qaymaqçı» ailə təsərrüfatında qaymaqla yanaşı, əla növ süd, süzmə, qatıq, pendir və xama hazırlanır.



Fermerin məhsulları