«MORUQÇU»

"Kəndimizin torpağı moruğun yetişdirilməsi üçün çox əlverişlidir. Bu bitki burada bol və ləzzətli məhsul verir"




Ünvan

Göygöl rayonu, Şəhriyar kəndi



Xüsusiyyətlər

  • Yüksək keyfiyyətli və dadlı moruğun becərilməsi
  • Bulaq suyundan istifadə etməklə ev kompotlarının hazırlanması
  • Mal-qaranın təbii şəraitdə saxlanılması və qidalanması
  • Əla növ süd məhsullarının əldə olunması



Təchiz etdiyi məhsullar

  • Moruq mürəbbəsi
  • Kompot
  • Qoz
  • Qoz mürəbbəsi
  • İnək südü
  • İnək pendiri
  • İnək qatığı
  • Nehrə yağı

                                                                                                                 

Ümumi məlumat

«MORUQÇU» təsərrüfatı ölkəmizin ən əsrarəngiz gülşələrindən olan və özünəməxsus təbiəti ilə seçilən Göygöl rayonunun Şəhriyar kəndində yerləşir. Təsərrüfatın başçısı Hümbət həm əkinçilik, həm də maldarlıqla məşğul olur. Həyətindəki moruq bağı onun əkinçilik təsərrüfatının vacib bir hissəsini təşkil edir. Hümbətin sözlərinə görə, moruğun təbii üsulla becərilməsi üçün müvafiq torpaq növü çox vacib rol oynayır ki, Şəhriyar kəndində torpaq məhz moruğun yetişdirilməsi üçün çox əlverişlidir və buna görə də, bu bitki burada bol və ləzzətli məhsul verir. Hümbət əlavə edir ki, moruq vaxtlı vaxtında suvarmanı xoşlayan bir giləmeyvədir və Şəhriyar kəndində olan təmiz bulaq suyun bolluğu onun təbii şəkildə becərilməsi üçün çox vacibdir. Becərilən moruğun bir hissəsi yüksək keyfiyyətli ev kompotlarının hazırlanmasına yönəlir. Bununla yanaşı, «MORUQÇU» təsərrüfatında qoz ağacları becərilir, iri və xırdabuynuzlu mal-qara saxlanılır, toyuq yetişdirilir və əla növ süd məhsulları hazırlanır.



Fermerin məhsulları