«MEŞƏ BALI»

“Arılarımızdan əldə etdiyimiz arı südü, arı zəhəri, çiçək tozu və propolis insan sağlamlığı üçün çox faydalıdır”.




Ünvan

Zaqatala rayonu, Aşağı Tala



Xüsusiyyətlər

  • Təsərrüfatın Zaqatala şəhərindən 25 kilometr məsafədə olan meşədə yerləşməsi
  • 400-dən artıq arı ailəsinin təsərrüfata məxsus olması
  •  İnsan sağlamlığı üçün vacib və faydalı olan arı südü, arı zəhəri, çiçək tozu və propolis kimi məhsulların hazırlanması


Təchiz etdiyi məhsullar

  • Arı südü
  • Arı zəhəri
  • Çiçək tozu
  • Propolis

Ümumi məlumat

“Meşə Balı” arıçılıq təsərrüfatı Zaqatala şəhərindən 25 kilometr məsafədə olan meşədə yerləşir. Təsərrüfatın 10 kilometr radiusunda ümumiyyətlə heç bir yaşayış məntəqəsi və antropogen təsirlər mövcud deyil. Təsərrüfatın başçısı Mövluddin ölkəmizin ən bilikli və istedadlı arıçılarındandır. O, arıçılıqla bağlı ölkədə və xaricdə bir sıra layihələrdə iştirak etmişdir. Arıçı fəaliyyətinə 1986-cı ildə başlamış Mövluddin söyləyir ki, bu sənət onun ailəsində nəsildən nəsilə ötürülür.

Zaqatala bölgəsində 17 mindən çox arı ailəsi mövcuddur və bunlardan 400-dən artıq arı ailəsi “Meşə Balı” təsərrüfatına məxsusdur. Bu ailələrin hər biri ortalama 20 kiloqrama qədər bal istehsal edir. Təsərrüfatda Boz Qafqaz və Karpat arı növləri saxlanılır və 4 sort bal hazırlanır. Bunlar el arasında may balı kimi tanınan akasiya və qara tikan balı, eləcə də şabalıd və cökə balıdır. “Meşə Balı” təsərrüfatı insan sağlamlığı üçün olduqca vacib və faydalı olan arı südü, çiçək tozu və propolisi təchiz edir. Bu məhsullar xüsusilə insanın zehni və ürək-damar sisteminin düzgün fəaliyyəti üçün faydalıdır.



Fermerin məhsulları