«GÜLÜSTAN»

"Toyuq, qaz, ördək və hind quşlarımıza yalnız təbii və sağlam yem veririk"




Ünvan

Cəlilabad rayonu, Fərzili kəndi



Xüsusiyyətlər

  • Təbii şəraitdə saxlanılan və təbii yemlərlə bəslənən ev quşları
  • Ənənəvi üsulla hazırlanan nehrə yağı


Təchiz etdiyi məhsullar

  • Kənd toyuqu
  • Kənd yumurtası
  • Qaz
  • Ördək
  • Hind quşu
  • Nehrə yağı
  • İnək pendiri
  • İnək qatığı
  • Şor
  • Süzmə
  • Kəsmik

 

                                                                                                                    

Ümumi məlumat

«Gülüstan» təsərrüfatı Cəlilabadın Fərzili kəndində yerləşir. Alçaq sıra dağların ətəyində yerləşən Fərzili kəndinin mülayim iqlimi və əlverişli təbiəti burada kənd təsərrüfatın il boyu aparılmasına imkan yaradır. Bu ərazidə mövcud olan qara münbit torpaqların bolluğu əkinçilik məşğuliyyətinin inkişafına müsbət təsir göstərir. «Gülüstan» ailə təsərrüfatının başçısı Gülüstan xanım öz təsərrüfatında təbii ev toyuqları, qaz, ördək, hind quşu yetişdirir və mal-qara saxlayır. Toyuqların təbii və sağlam yem ilə qidalanması və xüsusi standartlara uyğun saxlanılması bu təsərrüfatının yüksək keyfiyyətli toyuq əti və yumurta təchiz etməsinə imkan verir. Gülüstan xanım həmçinin əla növ nehrə yağı, pendir, şor, qaymaq, qatıq, süd, süzmə və kəsmiyin hazırlanması ilə məşğuldur.



Fermerin məhsulları