«DAĞ MOTALI»

"Bizim üçün təsərrüfatçılıq təkcə iş və gəlir mənbəyi deyil, o cümlədən həyat tərzimizdir"




Ünvan

Göygöl rayonu, Şəhriyar kəndi



Xüsusiyyətlər

  • Dağlıq ərazidə yetişdirilən xırdabuynuzlu heyvanlar
  • Heyvanların daim örüşə çıxması, yabanı bitkilərlə qidalanması və təbii su axarlarından su içməsi



Təchiz etdiyi məhsullar

  • Keçi südü
  • Keçi pendiri
  • Motal pendiri
  • Quzu əti

 

                                                                                                                

Ümumi məlumat

Göygöl rayonunun Şəhriyar kəndində yerləşən «DAĞ MOTALI» təsərrüfatı əsasən quzu və keçi təsərrüfatında ixtisaslaşmışdır. Dağlar və meşə massivləri ilə əhatə olunmuş Şəhriyar kəndinin füsunkar təbiəti burada təbii və ekoloji təmiz heyvandarlığın inkişafı üçün müvafiq şərait yaradır. Bu ərazinin heyrətamiz təbiəti, təmiz havası və təbii bulaq suları heyvanların sağlam və təbii şəraitdə yetişdirilməsinə, yabanı dağ bitkiləri ilə qidalanmasına imkan verir. «DAĞ MOTALI» təsərrüfatını fərqli edən də məhz onun məskunlaşdığı yerdir. Təsərrüfatın başçısı Yaşar hər gün təsərrüfatında olan qoyun və keçiləri kəndin ətrafındakı dağlıq ərazilərdə örüşə çıxarır. Təsərrüfatçılığı təkcə iş və gəlir mənbəyinə deyil, o cümlədən öz həyat tərzinə çevirmiş Yaşarın təchiz etdiyi yüksək keyfiyyətli məhsullar istehlakçılar arasında böyük rəğbət qazanıb. Onun məhsulları arasında quzu əti, keçi südü və pendiri, o cümlədən xüsusi üsulla hazırlanmış motal pendiri özünəməxsus dadı və yüksək keyfiyyəti ilə seçilir.



Fermerin məhsulları