«CAMIŞ FERMASI»

"Camışlarımız təbii şəraitdə saxlanılır və yalnız ekoloji təmiz yem ilə qidalanır"




Ünvan

Samux rayonu, Əhmədbəyli kəndi



Xüsusiyyətlər

  • Сamışların sərbəst şəkildə örüşə çıxarılması
  • Camışların təbii yemlənməsi üçün yonca və arpanın yetişdirilməsi
  • Əla növ süd məhsulların hazırlanması


Təchiz etdiyi məhsullar

  • Camış qaymağı
  • Camış qatığı
  • Camış nehrə yağı
  • Şor
  • Süzmə
  • Süd

 

                                                                                                                  

Ümumi məlumat

«CAMIŞ FERMASI» şəhər sənayesindən uzaqda olan Samux rayonunun Əhmədbəyli kəndində yerləşir. Kəndin təbii şəraiti bu təsərrüfatda saxlanılan 62 baş camış və inəyin sərbəst şəkildə örüşə çıxarılması, ekoloji təmiz yem ilə qidalanması və dağlardan gələn təbii saf su ilə təbii və sağlam şəkildə yetişdirilməsinə imkan yaradır. Bu təsərrüfatda həmçinin camışların təbii yemlənməsinin təminatı üçün yonca və arpa yetişdirilir. Camışların belə sağlam şəraitda saxlanılması və təbii yemlə bəslənməsi həmçinin əla növ süd məhsullarının əldə olunmasına birbaşa təsir edir. Təsərrüfatın başçısı olan Niyaz kişi camış qaymağı və qatığı, şor, süzmə, xama, süd və nehrə yağının hazırlanması ilə məşğul olur.



Fermerin məhsulları