«BALÇILI»

"Təsərrüfatımızın ən geniş tanınmış məhsulu qara turpdur"




Ünvan

Göygöl rayonu, Balçılı kəndi



Xüsusiyyətlər

  • Çoxşaxəli kənd təsərrüfatı
  • Kələm və qara turp kimi tərəvəzlərin becərilməsi



Təchiz etdiyi məhsullar

  • Bal
  • Qara Turp
  • Kələm
  • Qoz

 

                                                                                                                  

Ümumi məlumat

Göygöl rayonun Balçılı kəndi çoxşaxəli təsərrüfatın aparılması üçün ərazinin ən nümunəvi kəndlərindəndir. Bu kəndin təbii şəraiti, sənaye obyektlərindən uzaqda yerləşməsi, təmiz havası və bulaqlardan axan ekoloji təmiz və şəffaf suyun bolluğu həm əkinçiliyin, həm də maldarlığın yüksək səviyyədə inkişafına imkan verir. Obanatur ailəsinin üzvü Sabir də gənc yaşlarından Balçılı kəndində təsərrüfatla məşğul olur. Cavan olmasına baxmayaraq, kəndin nümunəvi fermerlərindən biridir. Sabir öz təsərrüfatında əla növ qoz, kələm və xüsusi sort qara turp beçərir. Bundan əlavə, Sabir təbii bal istehsalı ilə məşğuldur. Onun hazırladığı bal öz dadına və keyfiyyətinə görə seçilir. Təsərrüfatında həmçinin mal-qara saxlayan Sabir, süd məhsulların hazırlanması ilə də böyük həvəslə məşğul olur. Bu kənddə yüksək keyfiyyətli və təbii süd, nehrə yağı, pendir, qatıq, qaymaq və xama kimi məhsullar məhz Sabirin təsərrüfatında hazırlanır.



Fermerin məhsulları