SİFARİŞ:

Təbii fermer məhsullarını birbaşa vebsaytımız (www.obanatur.az) vasitəsilə və yaxud telefon nömrələrimizə (mobil: 050 373 7060; şəhər nömrəsi: 012 373 6070) zəng etməklə sifariş edə bilərsiniz. Sifariş etməkdə hər hansı çətinliyiniz olduqda satış menecerlərimiz sizə köməklik edəcəkdir. Minimum sifariş məbləği 20 AZN-dir. Sifarişlərin həftənin bütün günlərində qəbul olunur.

ÇATDIRILMA:

Məhsullarımız bölgələrdəki şəbəkəmizə daxil olan kiçik və orta fermer təsərrüfatlarından gətirilir. Sifarişlərin çatdırılması bazar ertəsi və cümə axşamı günləri həyata keçirilir. Sifarişlər həftənin bütün günlərində qəbul edilir. Vebsaytımızda sifariş edərkən hər bir məhsulun çatdırılma tarixini təqvim bölməsində görə bilərsiniz. Sifarişlər nəzərdə tutduğunuz çatdırılma günündən minimum üç gün əvvəl verilməlidir. Məhsulları səbətə əlavə edərkən təqvimdən sizə uyğun çatdırılma tarixini seçə bilərsiniz. Sifarişinizi tamamladıqdan sonra sizə çatdırılma tarixini və sifariş etdiyiniz məhsulların siyahısını təsdiq edən elektron məktub (e-poçt) göndəriləcək. Bizdən sifariş etdiyiniz təbii fermer məhsulları Bakı şəhəri daxilində əksər ərazilərə pulsuz çatdırılır. Şəhərkənarı və bəzi uzaq məsafələrə çatdırılma üçün əlavə 5 AZN ödəniş tələb oluna bilər, bu barədə məlumatı dəqiqləşdirmək üçün bizə zəng edin.

Sifarişlərin çatdırılması: bazar ertəsi, cümə axşamı günləri (saat 11:00-dan 20:00-dək)

ÖDƏNİŞ:

Sifarişinizin ödənişini vebsayt vasitəsilə onlayn qaydada və ya kuryerimiz tərəfindən çatdırıldığı zaman nağd şəkildə həyata keçirə bilərsiniz.