Müştərinin Keyfiyyətə Nəzarəti

ObaNatur olaraq biz fəaliyyətimizi dürüst və şəffaf aparmağı, şəbəkəmizin bütün üzvləri və müştərilərimiz arasında tam inam və etimada əsaslanan münasibət qurmağı özümüzə hədəf seçmişik. Biz başa düşürük ki, insanlar məhsul alarkən onun mənşəyinə, keyfiyyətinə və istehsalçının etiketdəki yazılarına şübhə ilə yanaşa bilər.

Buna görə də, bu cür şübhə və tərəddüdlərə yol verməmək, müştərilərimizin tam etimadını qazanmaq məqsədilə “Müştərinin Keyfiyyətə Nəzarəti” (MKN) adlı sistem yaratmışıq. Bu sistemə əsasən hər hansı məhsuldan məmnun qalmayan müştəriyə həmin məhsulu başqası ilə əvəz etmək və yaxud pulunu geri almaq hüququ verilir. Müştərinin narazılığı obyektiv və ya subyektiv səbəblərdən ola bilər. Məlum məsələdir ki, təzə, pasterizə olunmamış və konservantsız təbii süd məhsullarının ömrü çox qısadır (bəzi hallarda bir neçə saat) və nəzərə alsaq ki, bizim məhsullar ölkəmizin müxtəlif bölgələrindən və ucqar kəndlərindən birbaşa sizin evlərinizə çatdırılır və eləcə də daşınma və saxlanma zamanı baş verə biləcək arzuolunmaz xətalardan heç kim sığortalanmayıb, bu cür hallarda müştəri haqlı olaraq məhsulun keyfiyyətindən məmnun qalmaya bilər. Və yaxud bir sıra hallarda isə insanların zövqü və öyrəşdikləri dadlar fərqli ola bilər, müştəri subyektiv olaraq, aldığı məhsuldan fərqli dad gözləyə bilər. Bizim üçün narazılığın səbəbinin obyektiv yaxud subyektiv olması bir o qədər əhəmiyyətli deyil, istənilən narazılıq bizim üçün ciddi məsələdir. Bu cür narazılığı aradan qaldırmaq, müştərilərimizi məmnun etmək üçün biz onlara məhsulu digəri ilə əvəz etmək və yaxud pulu geri almaq imkanı yaradırıq.

Təbii ki, hər bir qaytarılmış məhsul bizim üçün maliyyə itkisi deməkdir və buna görə də, hər kəsin buna ciddi və həssas yanaşacağına ümid edirik. Narazılıq hallarının əsassız və yaxud sistematik olduğunu hesab etdiyimizdə, əlaqədar məhsulun kompensasiya edilməsindən və ya başqası ilə əvəz olunmasından imtina etmək hüququnu özümüzdə saxlayırıq.