OBANATUR Ekoloji Sertifikatlaşdırma Sistemi (ESS)

Şəbəkəmizə daxil edilən fermalar/təsərrüfatlar hazırladığımız ESS sisteminə əsasən seçilir və standartlaşdırılır. ESS bizim şəbəkəmizə daxil edilən hər hansı fermer üçün əkinçiliyin, bitkiçiliyin, arıçılığın və heyvandarlığın bütün qaydalarını tam təfsilatı ilə nizamlayan qaydalar toplusudur.

ESS-in 4 standartı mövcuddur:

S1Orqanik kənd təsərrüfatına meylli ferma (bu, iş üçün ilkin zəruri tələblərə cavab verən fermadır/təsərrüfatdır).

S2Nümunəvi ferma (bu ilkin zəruri tələblərdən əlavə digər bir sıra tələblərə cavab verməklə nümunəvi yanaşma nümayiş etdirən (məsələn yerli sortlardan və
toxumlardan istifadə edən, ətraf mühitə xüsusi qayğı göstərən və s.) fermadır/təsərrüfatdır)

S3Keçid mərhələsində olan ferma (bu, orqanik sertifikat üçün müraciət etmiş və orqanik sertifikat alanadək keçid mərhələsində olan fermadır/təsərrüfatdır)

S4Orqanik ferma (bu, Avropa İttifaqının (Alimentarius) standartlarına/Azərbaycan Respublikasının ekoloji kənd təsərrüfatı haqqında müvafiq standartlarına
cavab verən sertifikatlaşdırılmış orqanik fermadır/təsərrüfatdır)