«YASTIBULAQ»

"Təsərrüfatımda hər şey təbiidir. Ehtiyacımız olan və bacardığımız hər bir şeyi özümüz yetişdiririk"




Address

Göygöl rayonu, Topalhəsənli kəndi, Yastıbulaq ərazisi



Features

  • Yaylaqda və açıq təbiətdə yetişdirilən iri və kiçikbuynuzlu mal-qara
  • Təbii şəkildə yetişdirilmiş mal-qaradan əldə olunan yüksək keyfiyyətli süd məhsulları
  • Mal-qaranın daim örüşə çıxması və sərbəst gəzməsi
  • Dağlarda təbii şəkildə bitən yabanı bitkilərin yığılması


Supplied products

  • Dana və quzu əti
  • İnək, qoyun və keçi südü
  • İnək, qoyun və keçi pendiri
  • Qatıq
  • Nehrə yağı
  • Toyuq
  • Yumurta
  • Moruq
  • Moruq mürəbbəsi
  • Əncir mürəbbəsi
 

 

                                                                                                         

General information

Obanatur ailəsinin üzvü olan Aydın kişi uzun illərdir ki, kənd təsərrüfatı ilə məşğul olur və ölkəmizin mükafat almış nümunəvi təsərrüfatçılarından biridir. Açıq təbiətdə yerləşən özünə məxsus təsərrüfatında qoyun, keçi, inək və toyuq bəsləyir, eləcə də arpa və buğda yetişdirir.

Aydın kişinin saxladığı mal-qara hər gün Yastıbulaq təpələrində örüşə çıxır, Qala dərəsində və Yastıbulaq vadilərində mövcud olan təbii su axarlarının suyu ilə qidalanır. Bu ərazilər şəhər zonasından və sənaye obyektlərindən uzaqda, açıq təbiətin qoynunda yerləşdiyindən, buradakı havanın, suyun və yemin təbiliyi Aydın kişinin yetişdiriyi məhsullarının yüksək keyfiyyətli olmasının başlıca səbəblərindən biridir, lakin yeganə səbəbi deyil, belə ki, o, uzun illərini təsərrüfatçılığa həsr etdiyindən, təbiətə, heyvanlara və torpağa xüsusi qayğı və diqqətlə yanaşır. Aydın kişi deyir: “Təsərrüfatla məşğul olmaq zəhmət tələb edir, hər adam öhdəsindən gələ bilmir, mən özümü tanıyandan təsərrüfatçılıqla məşğulam, övladlarımı və nəvələrimi də təsərrüfatla məşğul olmağa həvəsləndirirəm. Təsərrüfatımda hər şey təbiidir, biz heç vaxt mağazadan yağ, ət, toyuq, yumurta və digər buna bənzər məhsullar almırıq. Ehtiyacımız olan və bacardığımız hər bir şeyi özümüz yetişdiririk. Mən səhər saat 5-də 6-da təsərrüfata daxil olanda işçim əvvəllər təəccüblənirdi, deyirdi bir az dincəl, az yatırsan, mən isə deyirəm məni gümrah saxlayan bu cür həyat tərzidir.” Sonra o, sözünə davam edir: “Mənim Daşkəsən ərazisində də təsərrüfatım var, bəzi əraziləri yaylaq kimi, bəzilərini də qışlaq kimi istifadə edirik. Heyvanlarımız yaylaqda olanda dağlardan yabanı bitkilər də yığırıq.”

Bəli, Aydın kişi, təbiətin verdiyi hər neməti düzgün qiymətləndirməyi bacaran təsərrüfatçıdır.



Farmer products