«GUNELSKİTCHEN»
10 ₼
SƏBƏTƏ ƏLAVƏ ET

Rozmarin təbii antioksidan mənbəyidir. O bədəni xərçəng və ürək xəstəliklərindən qoruyur. Tərkibindəki maddələr sayəsində immunitet sistemini gücləndirir və qan dövranını yaxşılaşdırır. Bununla yanaşı rozmarin dərini cavanlaşdırır və saçları parlaq edir. Rozmarin çox faydalı, həmişəyaşıl, kol bitkisidir. Az qulluq tələb edir. Çiçəkləri bənövşəyi rəngdə olur. Günəş şüası düşdüyü, bol oksigenli yerdə saxlanılmalıdır. Quraqlığa davamlı kol hesab edilir və torpağı vaxtaşırı sulanmalıdır.

Rozmarin bitkisindən harda və necə istifadə edə bilərik?
- Baş ağrısını azaldan, əsəb sistemini sakitləşdirən rozmarinli çay dəmləyə bilərik.
- Zeytun yağına xüsusi dad qatmaq üçün rozmarinli yağ hazırlamaq olar.
- İçməli su və ya kokteyllərə əlavə edə bilərik (məsələn, qreypfrut və rozmarinli su)
- Xörək duzuna əlavə etməklə daha dadlı duz əldə edə bilərik.
- Salatlara qeyri-adi dad qatmaq üçün digər göyərtilərlə yanaşı, xırda doğranmış rozmarin əlavə edə bilərik.
- Əzələ ağrıları və soyuqdəymədən qurtulmaq üçün rozmarin efir yağı ilə masaj edə bilərik.
- Təbii deodorant kimi istifadə edə bilərik. Dərinin gözəl qoxulu olması üçün qida rasionuna rozmarin, ağ reyhan, nanə kimi bitkiləri əlavə etmək lazımdır.
- Güclü və parlaq saçlar üçün rozmarinli saç vannası hazırlaya bilərik. Davamlı istifadə edildikdə antibakterial təsir göstərir, kəpəyi azaldır və saçları uzadır.
- Rozmarinli vanna qəbul etmək dərini təravətləndirir və hamarlaşdırır.
- Öskürəkdən qurtulmaq üçün rozmarinli buxar vannası hazırlaya bilərik. 10 dəqiqəlik bu vanna bütün nəfəs yollarımızı açacaq, öskürəyi azaldacaq.
- Dişlərə qulluq zamanı istifadə edə bilərik. Rozmarin dəmləməsi ilə ağız boşluğu, 1-2 damcı rozmarin efir yağını diş pastasına əlavə edərək dişlərimizi yuya bilərik.
- Rozmarin efir yağından ekzema, dəri xəstəlikləri və yaraların müalicəsində istifadə edilə bilər.
- Evi rozmarin qoxusu ilə təravətləndirmək üçün qabda suyu qaynadın və rozmarin bitkisini əlavə edin. Daha gözəl qoxu əldə etmək üçün limon+rozmarin; greypfrut+rozmarin+vanil, portağal+rozmarin, və ya portağal+darçın+rozmarin qarışığı hazırlaya bilərsiniz.
- Sellülit əleyhinə istifadə edə bilərik. Rozmarin bitkisi qan dövranını yaxşılaşdırır və sellüliti azaldır. 2 damcı rozmarin yağını zeytun, jojoba və ya badam yağına əlavə edərək problemli zonaları alınan qarışıqla masaj edə bilərsiniz

Donec semper dictum sem, quis pretium sem malesuada non. Proin venenatis orci vel nisl porta sollicitudin. Pellentesque sit amet massa et orci malesuada facilisis vel vel lectus. Etiam tristique volutpat auctor. Morbi nec massa eget sem ultricies fermentum id ut ligula. Praesent aliquet adipiscing dictum. Suspendisse dignissim dui tortor. Integer faucibus interdum justo, mattis commodo elit tempor id. Quisque ut orci orci, sit amet mattis nulla. Suspendisse quam diam, feugiat at ullamcorper eget, sagittis sed eros. Proin tortor tellus, pulvinar at imperdiet in, egestas sed nisl. Aenean tempor neque ut felis dignissim ac congue felis viverra.