Mütəxəssislərin fikirlərinə görə kivi C vitaminin miqdarına görə bütün sitrus meyvələri arasında birinci yeri tutur. Kivinin tərkibindəki pektin maddəsi orqanizmi toksinlərdən, zərərli maddələrdən təmizləyir, mənfi xolesterolun miqdarını azaldır. Minerallarla, xüsusilə də maqnezium və kalium ilə zəngindir.
Təbii şəraitdə heç bir qatqısız və kimyəvi əlavəsiz yetişdirilən təbii pomidorlar A və C vitaminləri başda olmaqla pomidor bir çox vitamin və minerallarla zəngindir. Yuxu, öyrənmə və yaddaş kimi zehni funksiyaları gücləndirir. Bədəni toksitlərdən təmizləyir, onu daha sağlam və gümrah edir.
ObaNatur ailəsinin \"Çay Sahili\" təsərrüfatından gələn xiyarlar tam ekoloji təmiz üsullarla, heç bir kimyəvi qatqı qatılmadan yalnız təbii üzvi vasitələr ilə yetişdirilir. Qeyd edək ki, xiyarın tərkibinin 95 faizi sudan ibarət olduğundan toxumaları nəmləndirir və onların həmişə təravətli qalmasına kömək edir. Bundan əlavə xiyar həzm və qan damar sisteminin fəaliyyətini tənzimləyir. İsti yay günlərində ideal sərinləşdirici vasitə hesab olunur.
Çaşır bitkisi şəkərli diabet xəstələri üçün çox faydalıdır. Bundan əlavə çaşır maddələr mübadiləsini gücləndirir, bədəni zərərli maddələrdən təmizləyir. Həmçinin çaşır bitkisi ürək əzələlərini gücləndirir, damarların tıxamasını və genişlənməsinin qarşısını alır.
Kahı qanda xolestrolun səviyyəsini tənzimləyir, ürəy-damar sistemini gücləndirir və orqanizmdə xərçəngin yaranmasının qarşısını alır. Həmçinin, orqanizmi toksidlərdən təmizləyir, toxumaları daha gənc və təravətli saxlayır. Bundan əlavə kahı neyronların və beyin hüceyrələrini zədələnmədən qoruyur, onları bərpa edir. Bu səbəbdən kahı yaddaşı gücləndirir və əsəb sistemini sakitləşdirərək, psixoloji narahatlıqların aradan qaldırılmasına kömək edir, daha rahat yuxunu təmin edir
Kahı qanda xolestrolun səviyyəsini tənzimləyir, ürəy-damar sistemini gücləndirir və orqanizmdə xərçəngin yaranmasının qarşısını alır. Həmçinin, orqanizmi toksidlərdən təmizləyir, toxumaları daha gənc və təravətli saxlayır. Bundan əlavə kahı neyronların və beyin hüceyrələrini zədələnmədən qoruyur, onları bərpa edir. Bu səbəbdən kahı yaddaşı gücləndirir və əsəb sistemini sakitləşdirərək, psixoloji narahatlıqların aradan qaldırılmasına kömək edir, daha rahat yuxunu təmin edir
Kahı qanda xolestrolun səviyyəsini tənzimləyir, ürəy-damar sistemini gücləndirir və orqanizmdə xərçəngin yaranmasının qarşısını alır. Həmçinin, orqanizmi toksidlərdən təmizləyir, toxumaları daha gənc və təravətli saxlayır. Bundan əlavə kahı neyronların və beyin hüceyrələrini zədələnmədən qoruyur, onları bərpa edir. Bu səbəbdən kahı yaddaşı gücləndirir və əsəb sistemini sakitləşdirərək, psixoloji narahatlıqların aradan qaldırılmasına kömək edir, daha rahat yuxunu təmin edir
Dəniz kələmi insan orqanizmi üçün vacib olan vitamin və minerallarla zəngin bitkidir. Bu bitkinin tərkibində A, C, K, B6 vitaminləri, dəmir, fosfor, kalium, kalsium, mis, maqnezium kimi minerallar və müxtəlif antioksidantlar var. Dəniz kələmi güclü detoks təsirə malik bitki hesab edilir. Beləki, ondan şəfaverici yaşıl içkilərin hazırlanmasında istifadə edilir. Dəniz kələmi mənfi xolesterolun miqdarını azaltmaqla ürək-damar sisteminin işini gücləndirir.
C vitamini ilə zəngin olan portağal bədənin immunitetini gücləndiri, xərçəng xəstəliyinin inkişafının qarşısını alır, ürək-damar sisteminin gücləndirir, xolestrolu azaldır, infeksiyalara qarşı bədəni gücləndirir.
Limonun tərkibi müxtlif C, B6 vitaminləri, maqniezium, zülallar, şəkər və müxtəlif digər vitaminlərlə zəngindir. Xüsusilə də limonun tərkibindəki C vitamini bədənin immnunitetini artırır, onu soyuqdəymə və xəstəliklərdən qoruyur, qan hücrələrini aktivləşdirir və antitoksidanlar vasitəsi ilə bədəni zərərli maddələrdən təmizləyir və bununla da, dəriyə gənclik və təravət verir.
C vitamini baxımından zəngin olan mandarin immuniteti gücləndirir. Bundan ələvə mandarinin tərkibi A və B vitaminləri, kalsium, kalium, maqnezium, natrium, dəmir, brom və fosfor mineralları ilə zəngindir.
Heyva dəmir, kalium, kalsium, mis, fosfor, orqanik turşular, PP, A, B1, B2, B6, C vitaminlərlə, beta-karotinlə zəngindir. Bədəni zərərli maddələdən təmizlənməsinə kömək edir, bədənin immunitetini gücləndirir. Həmçinin heyvanın özündən, tumundan, çiçəyindən və ağacının qabığından tibbdə dərman preperatları hazırlamaq üçün istidadə edilir.
El arasında “Cənnət meyvəsi” olaraq tanınan Narın əsas faydası ürək və qan-damar sisteminin fəaliyyətini gücləndiriməsi, qan damarlarının sərtlənməsinin qarşısını alması və qan yaradıcı olmasıdır. Bundan əlavə yüksək qan təziqi olanlar üçün nar, təziqi aşağı salması üçün təbii müalicə vasitəsi olaraq istifadə olunur. Bundan əlavə nar immuniteti gücləndirir, nəbzi normada saxlayır, həzmi asanlaşdırır və yağ parçalayıcı funksiyası ilə artıq çəkilərdən azad olmağa kömək edir. Həmçinin nar yararın və ilthabların sürətli düzəlməsini təmin edir. Narın tərkibi kalium, dəmir, kalsium, fosfor mineralları, C və B1, B2 vitaminləri və digər zulal və vitaminlərlə zəngindir.
Əsasən İsmayıllıda yetişdirilən Qızıləhmədi almasi digər almalardan dadına və rənginə görə seçilir. Vitamin A və dəmir ilə zəngin qızıləhmədi almasının ürək-damar sisteminin fealiyyətini tənzimləmək, iştahanı artırmaq ve qan azlığını aradan qaldırmaq kimi faydaları var
El arasında daha çox karalyok kimi tanınan ağızbüzməyən xurma növü özünəməxsus ətirinə və şirin dadına görə sevimli meyvələrdən sayılır.
Tərkibi:
- Zülallar, karbohidratlar
- Kalsium, dəmir, fosfor, kalium, maqnezium
- A, C və B6 vitaminləri
Faydalıdır:
- Qan çatışmazlığının müalicəsində
- Mədə-bağırsaq xəstəliklərinin müalicəsində
- Böyrək daşının müalicəsində
- və s.
Müsbət təsirləri:
- Həzm prosesini asanlaşdırır
- Antioksidant təsirə malikdir
- Müqaviməti artırır
Yaşıl Oba təsərrüfatında çay suları ilə yetişdirilmiş şirin əncirlər. Bu meyvənin insan orqanizmi üçün çox böyük faydaları var. Əncir digər meyvələrlə müqayisədə daha kalorili və kalsiumla zəngindir.
Balqabaqların çəkisi 6kq - 7kq arası dəyişir. Tərkibi bir çox vitaminlərlə zəngin olan şirin balqabaq kalsium, fosfor, dəmir, maqnezium, natrium, kalium kimi minerallarla zəngin olan bir tərəvəzdir. Balqabağın faydalarını saymaqla bitmək olmaz. Balqabaq həzm sistemini yaxşılaşdırır, sinir və ürək-damar sisteminə müsbət təsir edir. Balqabağın tumları da çox faydalıdır. Bu tumlar sinklə zəngindir. Sink isə kişilərin cinsiyyət funksiyasına çox müsbət təsir edir - potensiyanı gücləndirir.
Kartofun tərkibində olan askorbin turşusu (vitamin C) insan orqanizminin sağlam fəaliyyəti üçün çox vacibdir. Kartofun bir kiloqramı insanı 80-100 milliqram askorbin turşusu ilə təmin edir. Bundan əlavə, kartofda insan üçün zəruri olan B6, B2 və B3 vitaminləri var. Kartofda olan mineralların 70 faizi kalium duzunun payına düşür və bu maddə metabolizmin balansda saxlanılmasına xidmət edir.
Yaşıl acı bibər özündə C vitamini və xüsusi ilə kapsaisinin yüksək konsentrasiyasına görə bir sıra xəstəliklərin müalicəsi üçün istifadə olunur. O qan dövranını surətləndirir və qan təzyiqini normallaşdırır. Kapsaisin elementi isə xərçəng hüceyrələrini öldürür. Yaşıl acı bibər həmçinin ağrıkəsici xüsusiyyətlərə malikdir.
Bolqar bibərinin hər 100 qramının tərkibində 25-29 kilokalori var. Bu tərəvəz çox dəyərli antioksidant olan A, C, E, eləcə də B vitaminləri ilə olduqca zəngindir. C vitaminin tərkibinə görə bolqar bibəri meyvə və tərəvəzlər arasında ən birincilər sırasındadır. Həmçinin, bu tərəvəzin tərkibinə insan sağlamlığı üçün önəmli olan maqnezium, yod, sink, kalsium, kalium, fosfor, dəmir, ftor və natrium kimi minerallar daxildir. İnsan orqanizminin gündəlik askorbin turşusuna olan tələbatını 1-3 bibər ilə qarşılamaq mümkündür.
Sarımsağın insan orqanizmi üçün faydalı olması onun zəngin biokimyəvi tərkibindən irəli gəlir. Sarımsağın tərkibindəki mineral maddələr natrium, kalium, kalsium, manqan, dəmir, maqnezium, yod, sink və çox sayda digər kimyəvi elementlərdən ibarətdir. Sarımsaqda B, PP, C, D vitaminlər qrupu, fitonsidlər, efir yağları mövcuddur.
Onun çoxsaylı faydalarından bir neçəsi:
• Soyuqdəymənin müalicəsində və profilaktikasında istifadə olunur,
• Antibakterial vasitədir,
• Yüksək təzyiq hallarında kömək edir,
• İnfarkt və insultun profilaktikasında faydalıdır.
• Xolesterin səviyyəsinin aşağı salınmasına köməklik edir.
• Tərkibindəki tiamin sinir sistemimizin normal fəaliyyəti üçün zəruri maddədir
• Xərçəngin profilaktikasında və müalicəsində faydalı olduğu ehtimal edilir.
Qida rasionumuzda özünəməxsus yeri olan badımcanın bir çox faydalı xüsusiyyətləri var. Badımcanın tərkibində C, B1, B2, B5, PP vitaminləri, zülallar, kalium, kalsium, fosfor, dəmir, maqnezium, natrium mövcuddur.
Badımcanın qida dəyəri onunla əhəmiyyətlidir ki, onun tərkibində insan orqanizmi üçün zəruri mikroelementlər mövcuddur və ondan qida hazırlandıqda və yaxud o, konservləşdirildikdə həmin qida dəyəri azalmır. Badımcanın tərkibindəki pektin həzm prosesini stimullaşdırır. Dəmir və mis isə qanın yaranması prosesini yaxşılaşdırır və immuniteti artırır.
Üzvi gübrələr ilə yetişdirilmiş yerli və ətirli ciyələk - Çay Sahili təsərrüfatında yetişdirilir. Çiyələk orqanizmin maddələr mübadiləsini yaxşılaşdırır və həzm prosesini asanlaşdırır. Çiyələk avitaminoz xəstəliyinə qarşı da yaxşı təsir göstərir.
1 dəstə Nanə, 1 dəstə. Göy soğan, 1 dəstə Tərxun, 1 dəstə Keşniş, 1 dəstə Şüyüd, 1 dəstə Reyhan, 1 dəstə Cəfəri, 1 dəstə Turp, 1 dəstə Tərə
Qulançar qida selüllozu, K, A, C, E və B qrup vitaminləri, fol turşusu, selen, mis, marqans, kaliy, kalsiy, dəmir, həmçinin asparaqin, karotin və saponinin təbii mənbəyidir.Qulançar həmçinin qüvvətli afrodoziak sayılır. Tərkibində olan maddələr qanı təmizləyir, qan təzyiqini aşağı salır, eləcə də ürək, böyrəyin işinə müsbət təsir göstərir
Təbii üsullarla heç bir qatqısız yetişdirilən təbii şirin gilas
Telefon:
+994 12 493 6766
+994 50 373 7060
Çatdırılma günləri:
Bazar ertəsi və Cümə axşamı