Müqəddəs Bitki

 

Bayram yaxınlaşır, hamının həvəslə yetişdirdiyi səmənilər süfrələri bəzəyir. Bayramdan sonra bu gözəl səməniləri zibil qablarında görmək isə heç xoş hiss deyil. Səmənini yalnız süfrənin bəzəyi və ya səməni halvası inqridienti kimi deyil, həm də çox faydalı içki kimi istifadə edə bilərik. 

Buğda cücərtisi şirəsinin tarixi 5000 il öncə qədim Misir və Mesopotamiya sivilizasiyalarına dayanır. Misirlilər buğda cücərtisini onun faydalarına görə müqəddəs hesab edirlərmiş. 

Yam-yaşıl və gözəl qoxulu bu bitkini möcüzəvi edən nədir? Səməni xlorofil adlı önəmli maddədin zəngin mənbəyidir. Xlorofildən tam fayda əldə etmək üçün onu mütləq təbii şəkildə bitkidən almaq lazımdır. Xlorofil əslində digər bitkilərdən də alına bilər, amma səmənidən alınan xlorofil daha faydalıdır, çünki onun tərkibində insan orqanizminin ehtiyacı olan 100-dən çox element mövcuddur. Əgər təmiz torpaqda becərilərsə, torpaqda olan mineralların böyük əksəriyyətini mənimsəyir. 

Səməni şirəsi effektiv şəfaverici içkidir, çünki tərkibi insanın sağlamlığı üçün zəruri olan çox sayda minerallarla, o cümlədən A, B, C, E, İ, K vitaminləri və zülal ilə zəngindir. 

Səməni şirəsinin 70 faizi xlorofildən ibarətdir. Çox vacib, qanyaradıcı maddə olan xlorofil orqanizmdə toplanan kimyəvi maddələri, toksinləri yuyub təmizləyir.

Tədqiqatçılar xlorofilin tərkibindəki xüsusi fermentlərin yaşlanma prosesinin sürətini azaltdığını deyirlər. Qanı təmizlədiyi və qanda oksigenin miqdarını artırdığı üçün xərçəng hüceylərinin böyüməsinin qarşısını alır. İmmuniteti gücləndirir, ağız, dəri və orqanizmdə olan zərərli bakteriyaları, toksinləri bədəndən çıxarır. Oksigenin miqdarı bədəndə çoxaldığı üçün beyinin fəaliyyətini gücləndirir. 

Səməni şirəsinin nə kimi faydaları var? 
- Orqanizmi detoks edir;
- Qəbizlik problemini aradan qaldırır;
- Arterial təzyiqi tənzimləyir;
- Bədəndə olan ağır metalları təmizləyir;

- Qaraciyəri təmizləyir;
- Qanda olan şəkərin miqdarını tənzimləyir
- Saçların ağarması prosesini ləngidir;
- Menstruasiya ağrılarını azaldır;
- Dəri problemləri, ekzema və psoriazı müalicə edir;
-  Qan xəstəlikləri müalicəsində;
- Qadın xəstəlikləri və infeksiyaların müalicəsində istifadə edilir;
- Diş ağrısını azaldır və diş ətində olan bakteriyaları məhv edir;
- Boğaz ağrısı zamanı səməni şirəsi ilə ağızı yaxalamaq məsləhətdir;

Qeyd: Şirəni ac qarına içmək lazımdır. İlk həftələr 1 stəkan, növbəti həftələrdə gün ərzində maksimum 2 stəkan içmək məsləhətdir. Çox miqdarda qəbul etmək məsləhət görülmür. Əgər şirənin dadını sevməsəniz, o zaman digər tərəvəz şirəsi ilə (yerkökü, kərəviz çubuğu və s) qarışdıra və ya limon+bal əlavə edərək içə bilərsiniz. 

İlin istənilən fəslində, istənilən zaman evinizdə hazırlaya biləcəyiniz bu iksiri dostlarınızla da paylaşın.

Torpaq çərşənbəniz mübarək!

MÜƏLLİF



Biz Azərbaycanımızın hər bir bölgəsini, insanını, torpağını, havasını və suyunu sevən, ətraf mühitə qayğı ilə yanaşan, məmləkətimizin zən...

BÖLMƏLƏR



BLOQQERLƏR



Taglar

babaqanuşbitkidadlıDesertlərdetoksdənizkələmiközlənmişpomidorObaNaturorqanik qidapomidorqidaqəlyənaltıreseptreseptlərrozmarinsağlamsağlam həyatsağlambədənsağlamhəyatsağlamiçkisağlamqidasalatşorbasuplarsəmənitəbiişirətərəvəzvitaminyaşayaymövsümü

INSTAGRAM