Közlənmiş pomidor şorbası

Bizim evin ən sevimli şorbalarından biri və hətta birincisi, bugün reseptini yazdığım Közlənmiş pomidor şorbasıdır. Normal pomidor şorbasına görə bir xeyli əziyyətli olmasına baxmayaraq, onu dünyanın məşhur aşpazlarından biri Gordon Ramsay-in öz xüsusi (firmennı) şorbası kimi adlandırması son qaşığına kimi haqqıdır deyə bilərəm. Duzun və şəkərin təsiri ilə karamelləşmiş soğan və sarımsaqlar və kəklikotunun, reyhanın sobada közlənmiş pomidorun dadı ilə vəhdəti bu şorbanı möhtəşəm edir. Üzərinə qurudulmuş pomidordan hazırlanmış pesto, yanında isə kamamber pendirli və ya keçi pendirli çörəklər və ya sarımsaqlı sobada qızarmış çörəklər servis edildiyində dadına doymaq olmur.

Közlənmiş pomidor şorbası

Resept təxminən 6 nəfərlikdir.

Resept Gordon Ramsay-in Gordon Ramsay Chef’s Secrets və Home cooking videosundan adaptasiya olunmuşdur.

• 1-1.5 kq çox yaxşı yetişmiş pomidor
• 4 x.q. zeytun yağı
• 2 balaca və ya 1 böyük qırmızı soğan
• 3-4 diş sarımsaq
• Kəklikotu (mümkünsə təzə kəklikotu, yoxdursa quru ilə əvəz etmək olar)
• Bir az ağ reyhan (qurusu da ola bilər)
• 500 ml toyuq bulyonu (mən toyuq bulyonu sevmədiyim üçün adi su ilə bişirirəm)
• 1 x.q. balzamik sirkə və ya qırmızı üzüm sirkəsi (opsionaldır, istəmirsinizsə tökməyə bilərsiniz)
• 1 x.q. şəkər tozu
• İstəyə görə duz və qarabibər

Servis üçün qırmızı pesto
• 4-5 ədəd qurudulmuş pomidor
• 1 x.q. şam fıstığı (3-4 ədəd qoz ləpəsi ilə əvəz edə bilərsiniz)

Hazırlanma qaydası

Sobanı 180Cº qızdırın
Soğanı halqa-halqa, pomidoru ortadan bölərək doğrayın, sarımsaq dişlərini qabıqlardan təmizləyin.
Sobanın qabının içinə yağı, duzu və şəkəri tökün, üzərinə pomidorları, soğanları, sarımsaqları düzün, ən son kəklikotu əlavə edin.
Yarım saat sobada bişirin, soğanlar qızaracaq, pomidorlar bişəcək.
Sonra bişmiş bu qarışımı tam şəkildə mətbəx robotuna töküb, xırdalayın. Və ya bu prosesi əl blenderi ilə də edə bilərsiniz, belə hallarda böyük pomidor qabıqları qarşınıza çıxacaqsa, təmizləyin. Əgər daha narın xırdalanmış şorba sevirsinizsə, uzun müddət xırdalayıb, sonra süzgəcdən süzə bilərsiniz. Hazır olan qarışımı qazana tökün, üzərinə suyu və balzamik sirkəni əlavə edin, kiçik doğranmış reyhanı və ya qurusunu əlavə edin, 10 dəqiqə bişirin. Əgər sizə görə durudursa, 1 x.q. nişasta və ya unu yarım fincan suda həll edib üzərinə tökün. Ehtiyac varsa, duz əlavə edin və istiotu tökün.
Mətbəx robotunda və ya həvəngdəstədə pomidor qurularını xırdalayıb, üzərinə çam fıstıqlarını əlavə edib, biraz daha əzin.
Süfrəyə servis olunanda hər şorba boşqabına bir qaşıq qurudulmuş pomidor pestosunu əlavə edin.

Bonus olaraq, sarımsaqlı çörəklərdən yazım, çox şorba çeşidlərinin yanında olmazsa olmur deyiləcək dadda çörəklərdir.
Uzun çörəklərdən alıb, halqa-halqa doğramaq lazımdır. Bir kasada zeytun yağı, iki diş sarımsaq əzməsi və sevdiyiniz ədviyyatları (kəklikotu qurusu, istiot, hisə verilmiş bibər və s.) qarışdırırsınız. Biraz üzərinə küncüt də əlavə edə bilərsiniz. Sonra qaşıq və ya fırça yardımı ilə çox olmamaq şərtilə (yağı çox olanda yaxşı olmur) halqa şəklində doğranmış çörəklərin hər iki tərəfinə çəkirsiniz. Sobanı 180C° qızdırıb, növbə ilə hər iki tərəfini qızardırsınız,  yanmaması üçün maksimum nəzarət lazımdır, süfrəyə servisini də sobadan çıxan kimi isti-isti eləmək lazımdır.

Şorbalarınız nuş olsun!

Mənbə: http://saturdaymenu.com

MÜƏLLİF



Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Suspendisse pellentesque sit amet ipsum ut vehicula. Proin sollicitudin ut sapien id pretium. Quisque tempus, risus quis porta suscipit, lec...

BÖLMƏLƏR



BLOQQERLƏR



Taglar

babaqanuşbitkidadlıDesertlərdetoksdənizkələmiközlənmişpomidorObaNaturorqanik qidapomidorqidaqəlyənaltıreseptreseptlərrozmarinsağlamsağlam həyatsağlambədənsağlamhəyatsağlamiçkisağlamqidasalatşorbasuplarsəmənitəbiişirətərəvəzvitaminyaşayaymövsümü

INSTAGRAM