ObaNatur Ailəsi

Biz Azərbaycanımızın hər bir bölgəsini, insanını, torpağını, havasını və suyunu sevən, ətraf mühitə qayğı ilə yanaşan, məmləkətimizin zəngin təbiətinə vurğun olan, torpağımızın bərəkətinə güvənən və ölkəmizdə kənd təsərrüfatının davamlı inkişafına töhfə verə biləcəyinə inanan entuziastlarıq! Biz həmçinin dadlı və sağlam qidalanmağı sevirik. Biz qidadan həzz almaqla yanaşı, onun insan sağlamlığı üçün də təhlükəsiz və faydalı olmasının tərəfdarıyıq. Ətraf mühitin çirklənməsi ilə müşayiət olunan və sürətlə sənayeləşən müasir dövrümüzdə insan sağlamlığın qorunması getdikcə daha ciddi problemə çevrilir. Müasir dünyamızda sağlamlığı təmiz ekologiya və sağlam qida olmadan təsəvvür etmək mümkün deyil. Biz insanların sağlamlığının qeydinə qalırıq və istəyirik ki, yeməklərimiz yenidən həzz və fayda mənbəyi olsun.

ObaNatur fikri də məhz bu dəyərlərə əsaslanaraq ortaya çıxdı. O qədər də uzaq olmayan keçmişdə yediyimiz yeməklərin və məhsulların dadı bu gün yediklərimizin dadından fərqlənir. Ənənəvi dadları hiss etmək və eyni zamanda, ölkəmizin kənd təsərrüfatının davamlı inkişafına töhfə vermək istəyimiz bunun yollarını axtarıb tapmağa sövq etdi. Axtarışlarımız bunun başlıca yolunun orqanik və ekoloji kənd təsərrüfatına keçid olduğunu göstərdi. Bununla da orqanik (ekoloji təmiz) kənd təsərrüfatını özümüzə hədəf seçdik. Əminik ki, bizim kimi sağlam qida və ənənəvi dadları axtaran çox insanlarımız var. Sağlam qidalanmaya önəm verib və ətraf mühitin qeydinə qalaraq, təbiətin qoynundan gələn dadlı, sağlam və təbii məhsullarımızı sizə təqdim edirik.

ObaNatur şəbəkəsi ekoloji təmiz məhsul istehsalını və istehlakını hədəf seçmiş, ölkəmizin müxtəlif bölgələrində, hətta ucqar kəndlərində yerləşən fermerləri, ailə kəndli təsərrüfatlarını, alıcıları, bu sahədə aparıcı ekspertləri və yerli orqanik fermer qidasına, ekologiyaya və qastronomik ənənələrə biganə olmayan hər bir kəsi özündə birləşdirir. Hazırda şəbəkəmizin əhatə dairəsi genişlənməkdədir və təsərrüfatlarımızın sayı artmaqdadır. Hədəfimiz bütün Azərbaycan ərazisini əhatə edərək ölkəmizin müxtəlif bölgələrindəki ən yaxşı təsərrüfatları seçib, orqanik standartlara cavab verən nümunəvi təsərrüfatlar yaratmaqla onların istehsal etdiyi və yetişdirdiyi organik məhsulları alıcılara çatdırmaqdır. .

 

 

MÜƏLLİF



Biz Azərbaycanımızın hər bir bölgəsini, insanını, torpağını, havasını və suyunu sevən, ətraf mühitə qayğı ilə yanaşan, məmləkətimizin zən...

BÖLMƏLƏR



BLOQQERLƏR



Taglar

babaqanuşbitkidadlıDesertlərdetoksdənizkələmiközlənmişpomidorObaNaturorqanik qidapomidorqidaqəlyənaltıreseptreseptlərrozmarinsağlamsağlam həyatsağlambədənsağlamhəyatsağlamiçkisağlamqidasalatşorbasuplarsəmənitəbiişirətərəvəzvitaminyaşayaymövsümü

INSTAGRAM