Biz Kimik?

Biz Azərbaycanımızın hər bir bölgəsini, insanını, torpağını, havasını və suyunu sevən, ətraf mühitə qayğı ilə yanaşan, məmləkətimizin zəngin təbiətinə vurğun olan, torpağımızın bərəkətinə güvənən və ölkəmizdə kənd təsərrüfatının davamlı inkişafına töhfə verə biləcəyinə inanan entuziastlarıq! Biz həmçinin dadlı və sağlam qidalanmağı sevirik. ObaNatur fikri də məhz bu dəyərlərə əsaslanaraq ortaya çıxdı. O qədər də uzaq olmayan keçmişdə yediyimiz yeməklərin və məhsulların dadı bu gün yediklərimizin dadından fərqlənir. Ənənəvi dadları hiss etmək və eyni zamanda, ölkəmizin kənd təsərrüfatının davamlı inkişafına töhfə vermək istəyimiz bunun yollarını axtarıb tapmağa sövq etdi. Axtarışlarımız bunun başlıca yolunun orqanik və ekoloji kənd təsərrüfatına keçid olduğunu göstərdi. Bununla da orqanik (ekoloji təmiz) kənd təsərrüfatını özümüzə hədəf seçdik. Əminik ki, bizim kimi sağlam qida və ənənəvi dadları axtaran çox insanlarımız var. Sağlam qidalanmaya önəm verib və ətraf mühitin qeydinə qalaraq, təbiətin qoynundan gələn dadlı, sağlam və təbii məhsullarımızı sizə təqdim edirik.

ObaNatur, Azərbaycanın sağlam və təbii qida brendi

ObaNatur sadəcə məhsulları sifariş verə biləcəyiniz adi bir sayt deyil! ObaNatur şəbəkəsi ekoloji təmiz məhsul istehsalını və istehlakını hədəf seçmiş, ölkəmizin müxtəlif bölgələrində, hətta ucqar kəndlərində yerləşən fermerləri, ailə kəndli təsərrüfatlarını, alıcıları, bu sahədə aparıcı ekspertləri və yerli orqanik fermer qidasına, ətraf mühitə və qastronomik ənənələrə biganə olmayan hər bir kəsi özündə birləşdirir. Bəli, məhsullarımız çox dadlıdır! Lakin, ObaNatur yalnız bundan bəhs etmir. Bizim üçün yeməyin sosial və mədəni tərkibi daha vacibdir və yalnız bundan sonra onun qastronomik dəyəri gəlir.

Məhsulların sifarişi

ObaNatur şəbəkəsinin təsərrüfatlarında yetişdirilən və istehsal edilən təbii və təzə məhsullar birbaşa sizin ünvanınıza çatdırılacaq. Sizə lazım olan məhsulları “səbətinizə” yığmaqla birbaşa saytdan və yaxud 0503737060 0123736070 nömrəli telefonlara zəng vurmaqla sifarişlərinizi edə bilərsiniz.

Məhsullarımızın keyfiyyəti

Biz müştəri məmnuniyyətini qoruyub saxlamaq üçün 2 pilləli keyfiyyətə nəzarət sistemi tətbiq edirik. Birinci pillə ObaNatur tərəfindən daxili sertifikasiya sistemi vasitəsi ilə təmin olunur. İkinci pillə isə müştərilər tərəfindən həyata keçirilir və biz bunu Müştərinin Keyfiyyətə Nəzarəti (MKN) adlandırırıq. MKN-ə əsasən müştəri bəyənmədiyi istənilən məhsulu geri qaytararaq onu başqa məhsulla dəyişdirə bilər və ya əvəzində pulunu geri ala bilər. Siz hətta məhsulu istifadə etmiş olsanız belə, məhsul sizə dadsız yaxud keyfiyyətsiz gəldikdə biz pulunuzu geri qaytarmağa hazırıq. Çünki fermerlər/ailə təsərrüfatları ilə alıcılar arasında tam qarşılıqlı inam prinsipini əsas tuturuq. MKN-nin digər üstün cəhəti ondan ibarətdir ki, müştəri reytinq sistemi vasitəsilə istənilən təsərrufatımızın istehsal etdiyi və ya yetişdirdiyi hər hansı məhsulun keyfiyyətinə qiymət verə bilər.

ObaNatur haqqında daha ətraflı məlumat

Şəbəkəmizin coğrafiyası

ObaNatur şəbəkəsi Azərbaycanımızın müxtəlif bölgələrində, hətta ucqar kəndlərində yerləşən və orqanik (ekoloji təmiz) kənd təsərrüfatçılığını və məhsul istehsalını özünə hədəf seçmiş çox sayda fermer və ailə kəndli təsərrüfatlarını özündə birləşdirir. Hazırda şəbəkəmizin əhatə dairəsi genişlənməkdədir və təsərrüfatlarımızın sayı artmaqdadır. Hədəfimiz bütün Azərbaycan ərazisini əhatə edərək ölkəmizin müxtəlif bölgələrindəki ən yaxşı təsərrüfatları seçib, orqanik standartlara cavab verən nümunəvi təsərrüfatlar yaratmaqla onların istehsal etdiyi və yetişdirdiyi organik məhsulları alıcılara çatdırmaqdır. Hazırda məhsullarımız yalnız Bakı şəhərindəki müştərilərə çatdırılır. Yaxın gələcəkdə digər şəhərlərə də məhsullarımızın çatdırılmasına çalışacağıq.

Ekoloji standartlar

ObaNatur kooperativin bütün fermerləri bizim daxili ekoloji sertifikatlaşdırma prosesimizdən keçirlər. Ekspertlərimiz Avropa İttifaqında qəbul edilmiş Alimentarius Kodeksinə əsaslanan kənd təsərrüfatının ekoloji normalarının xüsusi sistemini işləyib hazırlamışdır. Bizim ekspertlər Azərbaycan Respublikasında ekoloji təmiz (orqanik) kənd təsərrüfatı haqqında qanunun hazırlanmasında birbaşa iştirak etmiş və ölkədə orqanik kənd təsərrüfatının inkişafına töhfə vermiş aparıcı mütəxəssislərdir. Ekspert komandamız haqqında ətraflı məlumatı bu linkə daxil olmaqla əldə edə bilərsiniz.

Fəlsəfə və dəyərlərimiz

1. Ətraf mühit və ekologiya. Ekoloji təmiz (orqanik) kənd təsərrüfatına keçid ətraf mühitə qayğının bir təzahürüdür. Yetişdirdiyimiz məhsullarda ətraf mühit üçün ziyanlı və ya heyvanlara və bitkilərə zərərli olan maddələrdən və üsullardan istifadə etməmək öhdəliyi götürmüşük. Biz alıcılarımız ilə birlikdə əmin olmaq istəyirik ki, təbii fermer məhsullarını əldə etməklə təbiətə heç bir ziyan vurmuruq. Buna görə də, məhsulları ekoloji təmiz şəraitdə istehsal edən fermerlər ilə iş görürük. Şəbəkəmizin fermerləri ESS (Ekoloji Sertifikatlaşdırma Sistemi) standartına əsasən sertifikatlaşmadan keçirlər.

2. Sağlamlıq. Biz qidadan həzz almaqla yanaşı, onun insan sağlamlığı üçün də təhlükəsiz və faydalı olmasının tərəfdarıyıq. Ətraf mühitin çirklənməsi ilə müşayiət olunan və sürətlə sənayeləşən müasir dövrümüzdə insan sağlamlığın qorunması getdikcə daha ciddi problemə çevrilir. Müasir dünyamızda sağlamlığı təmiz ekologiya və sağlam qida olmadan təsəvvür etmək mümkün deyil. Biz insanların sağlamlığının qeydinə qalırıq və istəyirik ki, yeməklərimiz yenidən həzz və fayda mənbəyi olsun.

3. Keyfiyyət. Biz məhsulun necə yaranmasından xəbərdarıq. Bizi ən kiçik incəliklər belə maraqlandırır. Məhsulun istehsalında və yetişdirilməsində hansı gübrələrdən istifadə olunmuşdur? Təsərrüfat hansı ölçüdədir? Heyvanlar hansı yemlə bəslənir? Heyvanlar hansı şəraitdə yetişdirilir? Toyuqlar lazımi qaydada bəslənirmi? Məhsulun sosial və qastronomik dəyəri, onun keyfiyyəti məhz bunlardan təşkil olunur.


4. Şəffaf və məsuliyyətli istehlak. Biz süfrənizə gətirdiyimiz hər bir məhsulun mənşəyini açıq şəkildə bəyan edirik. Müştərilərimizin aldığı məhsulların kim tərəfindən, hansı təsərrüfatda və hansı şəraitdə yetişdirildiyini şəffaf şəkildə göstəririk. Bununla yanaşı, hər bir müştərimizə istədiyi və bəyəndiyi təsərrüfatdan məhsul seçmək və almaq imkanı yaradırıq. Bununla kifayətlənməyərək biz həm də daimi müştərilərimizin tam etimadını qazanmaq üçün onlara istədikləri təsərrüfatlarımıza birbaşa səfər etmək və aldıqları məhsulların necə yetişdirildiyini və istehsal edildiyini yerində görmək imkanı yaradırıq.

5. Birgə istehsal və iştirak ideyası. Biz istəyirik ki, ümumilikdə ObaNatur şəbəkəsi və onun hər bir iştirakçısı, yəni potensial olaraq istənilən müştəri sonuncu sağlam və dadlı kənd məhsulunun meydana çıxması prosesinə aid olduqlarını hiss etsinlər. Bizim hər bir alıcımız eyni zamanda kooperativimizə daxil olan hər bir ayrıca fermer və ailə təsərrüfatının nailiyyətinin və gəlir mənbəyinin təmin edilməsi prosesinin iştirakçısıdır.

6. Davamlı inkişaf. Biz kiçik və orta fermer və ailə kəndli təsərrüfatlarında istehsal olunan təbii məhsulları müştərilərimizə təqdim edirik. Həmin təsərrüfatlarda yaşayan və çalışan insanları müştərilərimiz ilə birləşdirərək və onların hazırladığı məhsulların realizasiyasına töhfə verərək, fermerlərin və ümumiyyətlə ölkəmizin kənd təsərrüfatının davamlı inkişafına töhfə vermiş oluruq. Kiçik işlərdən nəhəng işlər doğulur: biz bu gün ölkəmizin hər hansı bölgəsində və ucqar kəndində yetişdirilmiş məhsulları alırıq, sabah isə bu əlavə iş yerləri yaradacaq, o biri gün isə bu, regiondakı sosial vəziyyətin yaxşılaşdırılmasına töhfə verəcək.