Biz kimik

Biz Azərbaycanımızın hər bir bölgəsini, insanını, torpağını, havasını və suyunu sevən, ətraf mühitə qayğı ilə yanaşan, məmləkətimizin zəngin təbiətinə vurğun olan, torpağımızın bərəkətinə güvənən və ölkəmizdə kənd təsərrüfatının davamlı inkişafına töhfə verə biləcəyinə inanan entuziastlarıq! Biz həmçinin dadlı və sağlam qidalanmağı sevirik. ObaNatur fikri də məhz bu dəyərlərə əsaslanaraq ortaya çıxdı. O qədər də uzaq olmayan keçmişdə yediyimiz yeməklərin və məhsulların dadı bu gün yediklərimizin dadından fərqlənir. Ənənəvi dadları hiss etmək və eyni zamanda, ölkəmizin kənd təsərrüfatının davamlı inkişafına töhfə vermək istəyimiz bunun yollarını axtarıb tapmağa sövq etdi. Axtarışlarımız bunun başlıca yolunun orqanik və ekoloji kənd təsərrüfatına keçid olduğunu göstərdi. Bununla da orqanik (ekoloji təmiz) kənd təsərrüfatını özümüzə hədəf seçdik. Əminik ki, bizim kimi sağlam qida və ənənəvi dadları axtaran çox insanlarımız var. Sağlam qidalanmaya önəm verib və ətraf mühitin qeydinə qalaraq, təbiətin qoynundan gələn dadlı, sağlam və təbii məhsullarımızı sizə təqdim edirik.

ObaNatur sadəcə məhsulları sifariş verə biləcəyiniz adi bir sayt deyil! ObaNatur şəbəkəsi ekoloji təmiz məhsul istehsalını və istehlakını hədəf seçmiş, ölkəmizin müxtəlif bölgələrində, hətta ucqar kəndlərində yerləşən fermerləri, ailə kəndli təsərrüfatlarını, alıcıları, bu sahədə aparıcı ekspertləri və yerli orqanik fermer qidasına, ekologiyaya və qastronomik ənənələrə biganə olmayan hər bir kəsi özündə birləşdirir. Bəli, məhsullarımız çox dadlıdır! Lakin, ObaNatur yalnız bundan bəhs etmir. Bizim üçün yeməyin sosial və mədəni tərkibi daha vacibdir və yalnız bundan sonra onun qastronomik dəyəri gəlir.

ObaNatur şəbəkəsinin təsərrüfatlarında yetişdirilən və istehsal edilən təbii və təzə məhsullar birbaşa sizin ünvanınıza çatdırılacaq. Sizə lazım olan məhsulları “səbətinizə” yığmaqla birbaşa saytdan və yaxud 0503737060 0123736070 nömrəli telefonlara zəng vurmaqla sifarişlərinizi edə bilərsiniz.



Ekoloji Sertifikatlaşdırma Sistemi 



Müştərinin Keyfiyyətə Nəzarəti

Fermerlər

  • «XURMA BAĞI»

    “Təsərrüfatımda bütün ağacları özüm əkmişəm, onlara heç vaxt kimyəvi gübrə vermirəm"

  • «YASTIBULAQ»

    "Təsərrüfatımda hər şey təbiidir. Ehtiyacımız olan və bacardığımız hər bir şeyi özümüz yetişdiririk"

  • «QAYMAQÇI»

    “Hazırladığımız camış qaymağının dadına digər təsərrüfatlarda rast gəlmək mümkün deyil"

  • «BALKƏSƏN»

    "Bizim baldan bir dəfə dadan artıq başqa ballardan yemək istəməz”

  • «BALÇILI»

    "Təsərrüfatımızın ən geniş tanınmış məhsulu qara turpdur"

  • «MORUQÇU»

    "Kəndimizin torpağı moruğun yetişdirilməsi üçün çox əlverişlidir. Bu bitki burada bol və ləzzətli məhsul verir"

  • «DAĞ MOTALI»

    "Bizim üçün təsərrüfatçılıq təkcə iş və gəlir mənbəyi deyil, o cümlədən həyat tərzimizdir"

  • «GÜLÜSTAN»

    "Toyuq, qaz, ördək və hind quşlarımıza yalnız təbii və sağlam yem veririk"

  • «ÇAY SAHİLİ»

    "Təsərrüfatımız təbii çay suları və artezianlar vasitəsilə suvarılır"

  • «CAMIŞ FERMASI»

    "Camışlarımız təbii şəraitdə saxlanılır və yalnız ekoloji təmiz yem ilə qidalanır"

  • «MEŞƏ BALI»

    “Arılarımızdan əldə etdiyimiz arı südü, arı zəhəri, çiçək tozu və propolis insan sağlamlığı üçün çox faydalıdır”.

  • «YAŞIL OBA»

    "Dağın ətəyində yetişdirilmiş meyvələrimiz həm dadı, həm də təbiiliyi ilə seçilir"

  • «ÜÇTƏPƏ»

    "Təsərrüfatımız təmizliyinə görə seçilir və ən yüksək standartlara cavab verir. Məqsədimiz kəmiyyət deyil, keyfiyyətdir!"

  • «ZAQAÇAY»

    "Zaqatala çayı mülayim iqlimdə və dağətəyi ərazidə yetişdirildiyinə görə öz spesifik dadı ilə başqa çaylardan seçilir"

  • «AZNOR»

    "Təsərrüfatımız istifadə etdiyimiz innovativ kənd təsərrüfatı texnologiyasına görə ölkəmizdə unikaldır"

  • "ZƏFƏRAN"

    "Abşeron torpağında ən təbii və yüksək keyfiyyətli zəfəran məhz bizdə yetişdirilir"

  • «GİLAS BAĞI»

    Meyvə bağımda ağaclara xüsusi qulluqla və qayğı ilə yanaşıram. Buna görə də meyvələrim keyfiyyətinə görə fərqlənir.